Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan yanvarın 23-də AŞPA-nın bütün üzv dövlətlərinin nümayəndələrinə Azərbaycan ermənilərinin adından Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinə ünvanlanmış müraciəti paylayıb.
Sənəddə deyilir: “Hörmətli dövlət başçıları, Bakıya səfər edərkən protokol çərçivəsində Şəhidlər Xiyabanına ziyarət zamanı “Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olan şəxslərin qəbirlərinə çələng qoyursunuz”.
Müraciətdə qeyd olunub, Şəhidlər Xiyabanında 1 həftə ərzində erməniləri vəhşicəsində öldürən və Bakıda Sovet ordusu ilə toqquşma nəicəsində ölən Azərbaycan "tör-töküntüsü" dəfn edilib.
Sənəddə bildirilir ki, “Azərbaycanda yaşayan ermənilər xarici diplomatların protokola uyğun olaraq zorla Bakıdakı Şəhidlər xiyabanına aparılmasına etiraz edirlər”.
20 Yanvar qırğınından 21 il keçməsinə baxmayaraq, erməni təbliğatı yenə də öz işindədir. Azərbaycanda baş verən 20 yanvar faciəsi zamanı 138 nəfər günahsız azərbaycanlının ölməsinə dair rəsmi fakt və məlumatların olmasına baxmayaraq, Ermənistan iddia edir ki, 1990-cı ilin yanvarında Bakıda “ermənilərə qarşı kütləvi qətliam” baş verib. Ancaq buna dair nə sənəd, nə foto, nə də hər hansı fakt ortaya qoya bilirlər. 20 Yanvarda Bakıya yeridilən sovet qoşunlarının tərkibində Stavropol, Rostov və Krasnodar vilayətlərindən xüsusi olaraq səfərbər edilən erməni muzdluları, kursantları və zabitləri, o cümlədən çox sayda erməni əsgərlərinin yer almasına, baxmayaraq, erməni deputatı Azərbaycan şəhidlərini təhqir etməyə özündə cəsarət tapa bilib.
Ancaq bu gün Şəhidlər xiyabanında uyuyun şəxslər hər şeydən əvvəl bir ölüdürlər. Dünyanın bütün millətlərində, eləcə də, ermənilərin özündə belə bir deyim var ki, ölünün dalınca danışmazlar. Ölünü təhqir etmək ən böyük günahlardan sayılır.
Düşünürük ki, beynəlxalq səviyyədə belə bir mənəviyyatsızlığa yol verən deputatın yəqin ki, özünün nə isə problemi var. Xanım Naira Zoqrabyana məsləhət görərdik ki, üzünü tezliklə səhiyyə ocaqlarından birinə tutsun. Sonra gec olar...
Bir də ki, ermənilərin deputatı belədirsə, sıravi vətəndaşından nə gözləyək?