Erməni mətbuatı 10 yaşlı uşağın qətlinə reaksiya verdi

Bütün Xəbərlər
11:55 09.03.2011
1860


Bu haqda Panorama.am saytı yazır. Məlumatın davamında bildirilir: "Azərbaycan kütləvi informasiya vasitələri erməni silahlı qüvvələrinin azərbaycanlı uşağı öldürdüyü haqda yanlış informasiya yayır". Saytın yazdığına görə, üzdəniraq "DQ Ordusu" atəşkəs rejimini qorumuşdur, bu Azərbaycan təbliğatının adi dezinformasiyasıdır. Bunu Panorama.am-a üzdəniraq ordunun sözçüsü Senor Hasratyan 8 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi xəbərini şərh edəkən bildirib.

Erməni rəsmi mənbələri bəyan edib ki, Azərbaycan KİV-i vasitəsilə bu haqda yayılan informasiyalar bir-birinə ziddir. Eyni məlumatda öldürülən uşağın yaşı ya 8, ya da 10 olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR