Erməni nazirlə deputatın Dubay macəraları

Bütün Xəbərlər
13:29 25.03.2011
1652
Bu barədə yazı “Aykakan jamanak” qəzetində dərc edilib. Yazıda deyilir ki, bu günlərdə Dubaya uçan təyyarənin sərnişinləri arasında Ermənistanın hakim Respublika Partiyasını təmsil edən deputat Aşot Aqababyan da olub. Qəzetin əməkdaşları mətbuat xidməti vasitəsilə səfərin məqsədini dəqiqləşdirməyə çalışıblar və “Səhhəti ilə bağlı məsələlərlə əlaqədar” cavabını alıblar.

Qəzet xüsusi vurğulayır ki, Aşot Aqababyan parlamentin ən çox iclas buraxan deputatlarındandır. Parlamentin mətbuat xidməti bunun səbəbləri ilə bağlı sorğuları cavablandırarkən deyir ki, onun iclaslarda iştirak etməməsinin səbəbi səhhətindəki problemlərdir. Bu problemlərin nə qədər ciddi olduğu isə məlum deyil.

OXŞAR XƏBƏRLƏR