Ermənilər Nikola Sarkoziyə yalvardılar

Bütün Xəbərlər
14:16 02.05.2011
1741

Fransadakı erməni təşkilatları şurasının nümayəndələri Fransa prezidenti Nikola Sarkozi ilə görüşüblər. Görüşdə Fransa hökumətinin 1915-ci ildə Osmanlı Türkiyəsi tərəfindən törədildiyi iddia edilən qondarma erməni soyqırımını inkar edənlərə qarşı cinayət işinin açılması haqqında qanun layihəsinin Fransa Senatında qəbul edilməsinə münasibəti müzakirə edilib.

Ermənilərlə görüşdə Nikola Sarkozi qanun layihəsi ilə bağlı Fransa Senatına heç bir təzyiq göstərilməyəcəyini bildirib.

Fransa parlamentində 2006-cı ildə qəbul edilən qondarma 1915-ci il hadisələri barədə qanun layihəsi bir qrup sosialist senatın təşəbbüsü ilə mayın 4-də yenidən Senatın gündəliyinə salınacaq. Həmçinin bu qanun layihəsinin qəbulunun tərəfdarlarının həmin gün Senatın binasının önündə aksiya keçirəcəkləri də gözlənilir.

Xatırladaq ki, 2006-cı il oktyabrın 16-da Fransa Sosialist Partiyasının təklifi ilə Fransa parlamentinin gündəliyinə salınan və 110 deputatın səsi ilə qəbul edilən qanun layihəsi müzakirə üçün Senata göndərilmiş, o tarixdən bəri Fransa hökuməti Türkiyə ilə münasibətləri nəzərə alaraq bu layihənin müzakirəsini təxirə salmışdı.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR