Ermənilər Türkiyəni məhkəməyə verdilər

Bütün Xəbərlər
14:11 16.12.2010
1648

 

1915-ci ildə babalarından qalan mülklərini itirdiklərini iddia edən 3 erməni Adanada, İncirlik bazası da daxil olmaqla 49,5 hektarlıq sahə üçün 63,9 milyon dollar təzminat tələb edirlər. Adıçəkilən ərazilərin sənədlərinə sahib olduqlarını deyən ermənilər Türkiyənin İncirlik bazasını ABŞ-ın istifadəsinə verərək gəlir əldə etdiyini qeyd ediblər.

Bu ilin iyul ayında ermənilər tərəfindən "Davoyan Davası" adlı daha bir məhkəmə iddiası qaldırılmışdı. Bu iddiada da ermənilər 1915-ci ildə mülklərinin müsadirə edildiyini deyərək, təzminat tələbi ilə çıxış etmişdilər.

 

ABŞ-dakı Türk-Amerika Dərnəkləri Assambleyasının (ATAA) rəhbəri Günay Evinch açıqlamasında yeni iddianın "Davoyan Davası" ilə eyni olduğunu, ancaq vəkillərlə iddiaçıların fərqli olduğunu bildirib. Onun sözlərinə görə, ikinci iddianın vəkili Yeqhiayanın "Davoyan Davası"nın vəkili Mark Qeraqos ilə mübahisə edib. Belə ki, Yeqhiayan Qeraqosun Türkiyəyə qarşı iddia qaldırmaq fikrini ondan oğurladığını iddia edir. Bunun üçün də Yeqhiayan özünə yeni iddiaçı taparaq eyni prosesi yenidən başladıb. Yəni əslində iddianın qaldırılmasında iki vəkil arasında yaranmış münaqişə önəmli rol oynayır./// ANSPRESS

OXŞAR XƏBƏRLƏR