Ermənilər yenə özlərini biabır etdilər (VİDEO)

Ermənilər yenə özlərini biabır etdilər (VİDEO)
Bütün Xəbərlər
07:37 16.06.2011
1717

“Aclıq elan edən” gənclərin əsas tələbi ondan ibarət idi ki, 1915-ci ildə müharibə dövrünün şəraiti ilə əlaqədar qiyamçı erməni əhalinin Türkiyə tərəfindən köçürülməsi “ermənilərin soyqırımı” kimi tanınsın və “bu ölkədə insan hüquqlarının pozulması” pislənilsin (guya həmin cavanların vətəninda bu məsələ barədə “hər şey qaydasındadır”). Aksiya iştirakçıları ilk üç gün ərzində özlərinin "müsibətləri" barədə yoldan keçənlərlə bölüşməyi, dördüncü gün isə yenə orada – Türkiyənin Torontodakı konsulluğunun qarşısında böyük mitinq keçirməyi planlaşdırırdılar.

Lakin aksiyanın elə ilk günündə (erməni KİV-ləri yəqin ki, bu barədə məlumat verməyə cəsarət etməyiblər) sayı o qədər də çox olmayan ermənilərin lap yaxınlığında onlardan sayca çox olan türkiyəli və azərbaycanlı sakinlər cavab nümayişi keçirməyə başlayıb, yoldan keçənlərə 1915-ci il hadisələri və Türkiyənin şərq əyalətlərinin erməni əhalisinin satqınlığı, daşnakların silahlı dəstələrinin törətdiyi vəhşiliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı, Qaradağlı, Bağanis-Ayrım və Quqarkda azərbaycanlılara qarşı soyqırımı, ermənilərin tarixən yaxın vaxtlarda Qafqazda məskunlaşması, Ermənistanda dövlət səviyyəsində yalan və saxtakarlıqlar haqqında həqiqəti açıqlayan lifletlər, çap materialları və kompakt disklər paylayaraq ermənilərin bütün səylərini cəsarətlə neytrallaşdırıblar.

Türklərin və azərbaycanlıların dörd gün davam edən cavab aksiyası Toronto sakinlərinin diqqətini daha çox cəlb edib və hadisələrin bu cür gedişindən, türk və Azərbaycan diasporlarının nokautverici zərbəsindən tamamilə özlərini itirmiş ermənilərin miskin toplantısı ilə müqayisədə qat-qat artıq maarifləndirici rezonansa səbəb olub. Cavab nümayişçiləri əyinlərinə Ermənistanı ifşa edən mətnlər yazılmış maykalar geyinib, Türkiyə və Azərbaycan bayraqlarını qürurla dalğalandırıb, uca səslə vətənpərvərlik ruhunda mahnılar oxumuş, yoldan keçənlərlə cəsarətli söhbətlər etmiş, keçirdikləri aksiyanın mahiyyətini Toronto sakinlərinə və bu şəhərin qonaqlarına izah etmişlər.

Tədbirlərin son günü, iyunun 13-də ermənilərin “möhtəşəm” mitinqi saat 14:00-da başlamalı idi. Təqribən 150 nəfər bu tədbiri gözləyirdi. Lakin buraya toplaşan ermənilərin sayı bircə dəqiqə belə onların bilavasitə yaxınlığındakı türklərin və azərbaycanlıların sayının yarısından çox olmayıb. Mitinq başlayarkən orada ən çoxu 60 erməni vardı. Cavab nümayişi keçirən türklərin və azərbaycanlıların sayı isə təqribən 150 idi. Hər iki aksiya küçənin piyadalar üçün nəzərdə tutulan eyni hissəsində keçirilirdi və bu iki qrupu bir-birindən yalnız polislər ayırırdı. Ermənilər vəziyyətdən çıxmaq üçün təxribata əl atmaq istəyiblər, lakin sivil türklər və azərbaycanlılar özlərini “mədəni adamlar” kimi qələmə vermək istəyən, əslində uşaqların qatili olan hayların törəmələrinin bu cür ucuz hərəkətlərinə cavab verməməyi qərara alıb.

Saat 14:30-da cavab nümayişinin iştirakçılarının sayı ermənilərdən demək olar ki, üçqat çox, keyfiyyət üstünlüyü isə göz qabağında idi. Ermənilər özlərinin bu uğursuz aksiyasını işıqlandırmaq üçün oraya jurnalistləri çağırmışdılar. Onlar isə video və fotokameralarla erməniləri deyil, cavab nümayişçilərini çəkir, onlardan müsahibələr alırdılar.

Saat 15:20-də, yəni ermənilərin “möhtəşəm” mitinqinin başa çatması nəzərdə tutulan vaxta 40 dəqiqə qalmış onlar aksiya yerini rüsvayçı şəkildə tərk etmişlər.

/// ANSPRESS

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı