Ermənilər yenə mahnımızı oğurladı - VİDEOLAR

Ermənilər yenə mahnımızı oğurladı - VİDEOLAR
ŞOU-BİZNES
13:58 02.05.2011
1575

Ermənilər növbəti dəfə Azərbaycan musiqisini oğurladılar. Onların bu dəfəki hədəfi xalq artisti Zülfiyyə Xanbabayeva oldu. 

Müğənninin illər öncə ifa etdiyi, sözləri və musiqisi azərbaycanlı bəstəkar Hüseyn Abdullayevaməxsus “Sən bil ki” mahnısını indi ermənistanlı müğənni Armine Ogannisyan ifa edir. İfaçı "Siro çampa" adlandırdığı mahnının janrını erməni estradasına aid edir. 

Bu barədə Milli.Az xəbər portalına xalq artistinin yaxın ətrafından olan stilist Anar Ağakişiyev məlumat verdi. Anarın sözlərinə görə, erməni müğənni mahnıya klip belə çəkdirib. Stilist "Youtube" videohostinq servisində videonu görən kimi dərhal xalq artistinə məlumat verib.

Milli.Az xəbər portalı məlumat təsdiqləmək üçün Zülfiyyə Xanbabayevanın prodüseri Nigar ilə əlaqə saxladı. Nigar xəbərin doğru olduğunu dedi. 

Müğənni Zülfiyyə Xanbabayeva isə dedi: “Stilist Anar mənə ilk dəfə xəbər verəndə çox üzüldüm. O da çox təlaşlı idi. Düzü, öncə inanmadım. Amma sonra öz gözlərimin şahidi oldum və təbii, pis oldum. Bu, ermənilərin növbəti oğurluğudur".  

Müğənni məsələ ilə bağlı atacağı addımı da açıqladı.

“Mahnın bütün hüquqları bəstəkarı Hüseyn Abdullayevdədir. Ancaq o indi Azərbaycanda yoxdur. Gələn kimi biz onunla bu məsələ ilə bağlı addımlar atacayıq”, - deyə Zülfiyyə xanım əlavə etdi.


    

OXŞAR XƏBƏRLƏR