“Mən Ermənistanı çox sevirəm. Böyük məmnuniyyətlə İrəvana gəlirəm. Harada çıxış etməyimdən asılı olmayaraq konsertlərim mənim üçün eyni əhəmiyyət kəsb edir. Mənim konsertimə gələn tamaşaçıların hər birini öz dostlarım və həmfikirlərim hesab edirəm. Yer kürəsinin istənilən məkanında harada rusdilli əhali varsa, demək orada mənim tamaşaçılarım var”. Bunu ötən il Ermənistan jurnallarından birinə Rusiyanın xalq artisti İrina Alleqrova deyib.
Qeyd edək ki, müğənni martın 2-də Rusiyanın xalq artisti, tanınmış bəstəkar İqor Krutoyun Bakıda Heydər Əliyev Sarayında keçiriləcək yaradıcılıq gecəsində çıxış edəcək ifaçılar arasındadır. Bu sırada Lara Fabian, Filipp Kirkorov, Aleksandr Serov, Valeriy Leontev, Layma Vaykule, Kristina Orbakayte də var.
Onu da qeyd edək ki, Rusiyanın xalq artisti İrina Alleqrova erməni əsillidir. O, 2001-ci ildə Rusiya-Ermənistan dostluğuna həsr olunmuş təntənəli konsert proqramında çıxış edib. Əlavə edək ki, İrina Alleqrova ötən il qondarma erməni soyqırımının “ildönümü” günü – aprelin 24-də Rusiyanın Voronej şəhərində konsert proqramı ilə çıxış edib. Və bu ermənilərin etirazına səbəb olub. Üzrxahlıq etmək üçün müğənni elə həmin ili “Ermənistan, mən sənə qayıdacam” adlı yeni albom buraxıb.
Qeyd edək ki, İrina Alleqrovanın 9 yaşı olanda, 1961-cı ildə ailəsi ilə birlikdə Rastovdan Bakıya köçüb. Validyenləri Musiqili Komediya Teatrında işləyib. Bakıda yaşadığı illərdə o, burada keçirilən caz festivalında iştirak edib və iknci yerə layiq görülüb. Orta məktəbi Bakıda qurtaran İrina Alleqrova konservatoriyaya girmək arzusunu həyata keçirə bilməyib. İrina hətta 1970-ci illərdə Azərbaycan SSRİ-nin xalq artisi Rəşid Behbudovla bərabər bir çox qastrol səfərlərində olub. Elə həmin illərdə müğənni İrəvan Orkestrində çalışmağa başlayıb.
Bu məsələ ilə bağlı Mədəniyyət və Turizm nazirlyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, İrina Alleqrova “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının 13 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmədiyinə görə nazirliyin “qara siyahı”sına düşməyib. Konsertin keçiriləcəyi məkanla də əlaqə saxladıq. Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirildi ki, bu konsertə heç bir təşkilati dəstək göstərməyiblər. Sadəcə vaxt və yer alınıb.
//ANS