Ermənistan əhalisi Rusiyadan razıdır

Bütün Xəbərlər
07:02 27.03.2011
1699
Gallup araşdırma mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə görə, Ermənistan nəinki Cənubi Qafqazda Rusiyaya ən çox meylli ölkədir, həm də bütün dünya üzrə bu siyasi baxışlarına görə fərqlənən beş dövlətdən biridir. Ermənistan əhalisinin 75 faizi Rusiya hakimiyyətinin siyasətini effektli hesab edir. Bu nöqteyi-nəzərlə Ermənistan vətəndaşlarının cəmi 7 faizi razılaşmır. 

Bu nəticə isə Ermənistan yalnız Tacikistan, Özbəkistan, Qırğızıstan və Qərbi Afrikadakı Malidən geri qalır. Azərbaycanda da Rusiyanın siyasətini müsbət qiymətləndirənlərin sayı az deyil - 54 faiz. Gözlənildiyi kimi, Gürcüstanda Rusiyaya qarşı münasibət kəskin mənfidir. Bu ölkədə rəyi soruşulanların 76 faizi Kremlin siyasətini pisləyib, cəmi 6 faiz Dmitri Medvedev və Vladimir Putinin addımlarını müsbət qiymətləndirib. Rusiyaya qarşı belə mənfi münasibəti kosovolalılar da nümayiş etdiriblər. Bu ölkədə rusiyameyllilərin sayı 7 faizdən çox deyil.

Fransaya gəldikdə isə bu ölkənin yürütdüyü siyasəti ermənilərin 62 faizi dəstəkləyir. Sarkozi hakimiyyətinin addımlarını Azərbaycanda bəyənənlərin nisbəti 42 faiz, Gürcüstanda 34 faiz, Türkiyədə isə 22 faizdir.

OXŞAR XƏBƏRLƏR