Ermənistan əsgəri intihar edib

Bütün Xəbərlər
14:57 22.04.2011
1432

AZXEBER.COM portalının “BBC”yə istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyi İstintaq Xidmətinin məlumatına görə, cümə axşamı saat 23 radələrində sıravi Artur Ğazaryan öz avtomat silahından açılmış atəş nəticəsində yaralanıb və hospitala aparıldığı zaman yarıyolda vəfat edib.

Artur Ğazaryan 1992-ci ildə anadan olub, hərbi xidmətə Hrazdan şəhər hərbi komissarlığından çağırılıb.

Ermənistan Respublikası Cinayət Məcəlləsinin 110-cu maddəsinin birincı bəndinə əsasən cinayət işi qaldırılıb, ilkin istintaq aparılır.

ER CM “şəxsin intihara çatdırılmasına” aid 110-cu maddəsinin birinci bəndinə əsasən, “hədələmə, qəddar rəftar və yaxud müntəzəm olaraq insanın şəxsi ləyaqətinin alçaldılması nəticəsində, qəsdsiz və ya ehtiyatsızlıqdan intihar etməyə yaxud intihar cəhdinə vadar edilməsinə görə” 3 ilə dək həbs cəza tədbiri nəzərdə tutulur.

 

OXŞAR XƏBƏRLƏR