Ermənistan müxalifəti növbədənkənar seçkilərə çağırış edir - FOTOLAR

Ermənistan müxalifəti növbədənkənar seçkilərə çağırış edir - FOTOLAR
Bütün Xəbərlər
12:47 29.04.2011
1382

Hazırda bu tələblərin ikisi yerinə yetirilib və yalnız “siyasi məhbuslar” azad edilməyib.

Ermənistan prezidenti Serj Sarkisyanın son çıxışları zamanı müxalifətin ünvanına dedikləri, hakimiyyətin bu məsələnin də həll etməyə hazır olduğunu ehtimal etməyə əsas verir.

“Bizim güclü hakimiyyətimiz və, hakimiyyətə sayıqlığını itirməyə imkan verməyən, müxalifətimiz vardır. Və, əməkdaşlıq edərək, biz ölkəmiz üçün ciddi uğurlar əldə edə bilərik. Və biz gərginliyi aradan qaldırmaq üçün ilk addımı birinci atmağa hazırıq.
Mən artıq ədliyyə nazirinə təkliflər təqdim etməyi tapşırmışam”, - deyib Serj Sarkisyan.

Mitinqindən qabaq paytaxta gələn yolların bağlanıldığı xəbər verilir.

“EPRESS.AM” internet gəzetinin məlumatına görə, səhərdən Martuni və Sevan rayon mərkəzlərindən Yerevana ictimai nəqliyyat hərəkət etmir, Yeranos kəndi yaxınlığında isə yolu polisin patrul-keşikçi xidmətinin avtomaşınları bağlayıb.

Artaşatdan Erməni Ümummilli Hərəkatının yerli fəallarından biri Viktor Qasparyanın səhər saat 8:30-da polis şöbəsinə aparıldığı xəbər verilir.

Müxalifət düşərgəsində bununla bağlı narahatlıq izhar olunub.

Levon Ter-Petrosyan Serj Sarkisyanın gələn ayın 28-də Ermənistanın Müstəqillik Günü qeyd olunduğuna və siyasi məhbusların bu münasibətlə azad edilməsinə işarə etdiyini xatırladıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

{jcomments off}

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR