Ermənistan mətbuatı: "Vətəndaşlarımız ölkədən qaçırlar"

Bütün Xəbərlər
21:43 07.05.2011
1573
AZXEBER.COM ANS-PRESS-ə istinadən xəbər verir ki, rəsmi statistikada Ermənistanda yaşayan əhalinin faktiki sayı 3 milyon göstərilsə də, bu rəqəmin, əslində 2 milyondan da az olduğu məlum olub.

Bu məlumatla Ermənistanın “Qraparak” qəzeti çıxış edib. Qəzetin belə iddia ilə çıxış etməsinə Avropa ölkələrindən birinin Ermənistandakı səfiri səbəb olub.

Qəzetin məlumatına görə, adı çəkilməyən həmin səfir bir neçə gün əvvəl içərilərində erməni əsilli şəxslərin də olduğu ölkəsinin vətəndaşları ilə görüşüb. Diplomat ilə söhbət əsnasında vətəndaşlar Ermənistandakı hazırkı vəziyyətlə maraqlanıblar.

Həmin vətəndaşları, xüsusilə Ermənistanda miqrasiya göstəricilərinin həqiqətə uyğun olub-olması maraqlandırıb. Diplomat isə, rəsmi statistikada göstərilənlərin əksinə olaraq Ermənistanda 2 milyon nəfərdən də az əhalinin yaşadığını nəzərə çatdırıb.

OXŞAR XƏBƏRLƏR