AZXEBER.COM portalının Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan Yol polisinin əməkdaşları sürücülərdən rüşvət almaq üçün yeni üsula əl atıb. Bu səfər ki, iddiaya görə polislər sürücülərin homoseksual olmasını boyunlarına qoyaraq onlardan rüşvət almağa başlayıb. Hadisənin üstü bir neçə sürücünün şikayəti ilə açılıb.
Yol polisinin əməkdaşları sükan arxasında olan sürücüləri saxlayaraq, onları maşından enməyə məcbur edib. Bundan sonra sürücünün yerişinə fikir verən polislər “siz homoseksualsınız” sözləri ilə təhqir edib, onlardan rüşvət alıblar.
Hadisəyə münasibət bildirən, Ermənistan Yol polisinin rəisi Alik Sarkisyan jurnalistlərin suallarını cavablandırarkən “polislər homoseksualları ifşa edərək onları bölməyə gətirir. Elələri də var ki, onları döyməklə yanaşı pullarını da, alırlar” sözlərini söyləyib.