Ermənistan və Polşa hərbi əməkdaşlığı fəallaşdırır

Bütün Xəbərlər
22:30 14.12.2010
1996

Ermənistan və Polşa hərbi sənaye kompleksi sahəsində əməkdaşlığı fəallaşdırmaq niyyətindədir. Ermənistanın müdafiə naziri Seyran Ohanyan ilə Polşanın Hərbi Sənaye Palatasının nümayəndəsi Slavomir Kulakovski arasında baş tutan görüş zamanı belə bir razılaşma əldə olunub. 

10-14 dekabr tarixlərində Ermənistanda səfərdə olan Polşa nümayəndə heyəti ilə erməni tərəfi arasında yerlərdə informasiya sistemi və hərbi qulluqçuların fərdi müdafiə vasitələrinin inkişafına yönəldilmiş texnologiyaların işlənməsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR