Ermənistanı tərk edənlərin sayı aeroport işçilərini də təəccübləndirir

Bütün Xəbərlər
12:56 23.02.2011
1661

Ermənistanı tərk edən kütlənin getdikcə artması hətta Yerevanın «Zvartnots» aeroportunun əməkdaşlarını da təəccübləndirir. Bunu hava limanının əməkdaşlarından biri bildirib.
«Bu günlərdə ölkəni tərk edən şəxslərdən biri hava limanında yoxlamanın keçirildiyi otaqda masanın üzərinə böyük bir yük qoyub. Aeroport əməkdaşları ona yükün tərəziyə qoyulmalı olduğunu deyən zaman həmin şəxs ironiya ilə deyib: bu, yük yox, mənimlə birlikdə Ermənistanı tərk etməyə hazırlaşan 120 nəfərin pasportudur. Bir kəndi təmsil edən bu 120 nəfərin hamısı Rusiyaya, Başqırdıstana gedib», - deyə qəzet yazır.
Qəzet ölkədən Avropaya da presedenti olmayan axın başladığını yazır: «Onların demək olar ki, hamısı bir daha geri dönməmək niyyətilə gedir».

//milli.az

 

OXŞAR XƏBƏRLƏR