AZXEBER.COM portalının “News.am” portalına istinadən verdiyi xəbərə görə, Ermənistan vaxtı ilə saat 20.05- Azadlıq meydanı ətrafına 10 minlərlə insan toplaşmağa başlayıb.Polisin gücləndirilmiş iş rejimində çalışmasına baxmayaraq, iştirakçılar nəqliyyatın intensiv olduğu bir neçə yolu bağlayıblar.
Ermənistan Ümummilli Hərəkatının lideri, Ermənistan Milli Konqresinin üzvü Aram Manukyan, daha sonra isə sabiq prezident Levon Ter-Petrosyan danışıblar.
"Ermənistandakı üçillik zülmət dövrü artıq başa çatmaqdadır. Bu yolda sadəcə, ilk addımı atmışıq. Tərəfdarlarımızın hamısı qanuna riayət etməlidir. Bilirəm, prezident Serj Sarkisyan hakimiyyətinin cinayətlərinə görə çoxları intiqam almaq istəyir. Lakin indi bu hisslərin əsirinə çevrilmək olmaz. Bütün günahkarlar cəzasını alacaq - amma qanun çərçivəsində, - L.Ter-Petrosyan deyib.
{jcomments off}