Tomas Hammarberqin səfəri ilə əlaqədar Ermənistanın siyasi məhbuslar üzrə Komitəsi “Ermənistan Mariott” mehmanxanasının qarşısında piket keçirir. Nümayişçilər həbsdə olan müxalifətçilərin azad edilməsini tələb edirlər. Aksiyada Komitə üzvlərindən başqa, Erməni Milli Konqresinin nümayəndələri də iştirak edir.
Qeyd edək ki, piketə yüzlərlə insan qatılıb. Nümayişçilər əllərində siyasi məhbuslarn şəkilləri olan plakatlar tutublar. Məlumata görə, Ermənistan vaxtı ilə saat 20.00-da Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq “1 Mart” hadisələrinin qurbanlarının yaxınlarını qəbul edəcək.
Xatırladaq ki, bir müddət bundan öncə həlak olanların yaxınları AŞ-nın İrəvandakı ofisinə məktub təqdim edərək, onunla görüşmək arzusunda olduqlarını bildiriblər. //Ans Press