Ermənistanda sosial-iqtisadi vəziyyət daha da ağırlaşıb - TƏHLİL

MARAQLI
08:47 19.04.2011
3403
Yerli informasiya mənbələrinin verdiyi məlumatla görə, artıq 2011-ci ilin əvvəllərindən müşahidə olan bahalaşma davam edərək daha da dərinləşib. Ekspertlər deyirlər ki, tendensiya bu cür davam edərsə, bu həftə bahalaşmanın total xarakter alacağını proqnozlaşdırırlar. Aydın məsələdir ki, istehlak qiymətlərinin artması və inflaysiyanın dərinləşməsi fonunda maaşların artmaması yoxsulluğun səviyyəsinin yüksələcəyini deməyə əsas verir. Elə Dünya Bankının (DB) Ermənistanla bağlı verdiyi açıqlamada da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artacağı göstərilib. Dünya Bankının Avropa və Mərkəzi Asiyada yoxsulluğun azaldılması və iqtisadi siyasət departamentinin direktoru İvonna Sikata bildirib ki, regionun 5 ölkəsində yoxsulluğun səviyyəsinin xeyli yüksəlməsi mümkündür: “Bunlar Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova və Tacikistandır. Region əhalisinin yoxsul hissəsi yüksək inflyasiyadan, ərzaq və enerji daşıyıcılarının qiymətinin yüksək olmasından əziyyət çəkir”.

Ağır iqtisadi vəziyyət, həyat şəraiti, yoxsulluğun səviyyəsinin yüksəlməsi, inflyasının sürətlənməsi Ermənistanda sosial qiyamın baş verməsini əsaslandırır. Beynəlxalq ekspertlər də belə düşünür. Məsələn, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ermənistan məsələləri üzrə Monitorinq Komitəsinin həmməruziçələri Con Preskott və Aksel Fişer Ermənistan hökumətini ölkədə “islahatlar proqramları”nı həyata keçirməyə çağırıb. Onların sözlərinə görə, əks halda ölkədə sosial, siyasi vəziyyət sosial üsyanlara gətirib çıxara bilər. AŞPA-nın rəsmi internet saytında yerləşdirimiş bəyanatında deyilir ki, Ermənistan iqtidarının polis, hüquq mühafizə, məhkəmə və seçki sistemlərində islahatlar aparmaq təşəbbülərini “bəyənən” həmməruzəçilər təşəbbüslərin reallaşdırılmasının vaxtının gəlib çatdığını bildiriblər. Həmməruzəçilərin hesabatından belə məlum olur ki, qanunvericilikdə təşəbbüslərin olması yetərli deyil, bütün bunlar qüvvədə olan siyasətlə və təcrübədə nümayiş etdirilməlidir.

Həmməruziçələrin bəyanatında, həmçinin, deyilir ki, Ermənistanda 2008-ci ilin 1 mart tarixində baş vermiş hadisələr zamanı bir neçə insanın həbsdə olması, bu hadisədə 10 nəfərin ölüm faktının lazımınca araşdırılmaması Ermənistanın siyasi mühitinə hələ də mənfi təsir etməkdədir. Təbii ki, bütün bunlar da Ermənistanda qarşıdan gələn seçlikərə də mənfi təsir göstərəcək. Eyni zamanda, bəyanatda deyilir ki, hazırda ölkədəki seçkilərlə bağlı olan vəziyyət siyasi narahatçılıqlar doğurur və sosial və iqtisadi mühitə mənfi təsir edir ki, bu da sonda soisal qiyama gətirib çıxara bilər. Məruzəçilər hesab edir ki, əgər tez bir zamanda ölkədə vəziyyət düzəlməsə və ya daxili siyasi proseslərdə irəliliyişlər olmasa, mövcud vəziyyət daha pisləşə bilər. Bunun isə bir çıxışyolu var, o da demokratik, şəffaf seçkilərin keçirilməsidir: “Seçki ilə bağlı hazırki siyasi qütbləşmə, sosial-iqtisadi vəziyyətin pisləşməsi sosial qiyama aparıb çıxara bilər. Vəziyyət düzəlməsə, şəffaf və demokratik seçki keçirmək də mümkün olmayacaq”. Digər tərəfdən, Ermənistandakı gərgin vəziyyət xarici şirkətlərin ölkəni tərk etməsi prosesini də tezləşdirib. Yerli KİV-in məlumatına görə, ABŞ hökumətinin «Minilliyin çağırışı» koorporasiyası Ermənistanda proqramların maliyyələşdirilməsini dayandırır. ABŞ-ın İrəvandakı səfiri Mari Yovanoviç buna ölkənin idarəetmə sistemindəki çatışmazlıqların səbəb olduğunu bildirib. O, deyib ki, maliyyələşmə rəsmi İrəvanın çatışmazlıqları aradan qaldırdığı təqdirdə bərpa oluna bilər. Səfir çatışmazlıqlar arasında mətbuat azadlığı sahəsindəki problemləri, seçkilərdəki nöqsanları və mitinqlərin keçirilməsinə yaradılan maneələri göstərib:“Bu, Ermənistan hökumətinin tələblərimizə cavab verməyən bəzi göstəriciləri qaydaya salmasına stimul ola bilər”.

OXŞAR XƏBƏRLƏR