Erməni əsgər öldürüldü

Erməni əsgər öldürüldü
Bütün Xəbərlər
15:51 07.07.2014
2173
Təmas xəttində erməni əsgər öldürülüb. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şənbə günü, iyulun 5-də qeydə alınıb.
Belə ki, ermənilər Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində atəşkəsi növbəti dəfə pozublar. Ermənilər aramsız şəkildə kəndi gülləbaran ediblər. Azərbaycan Silahlı Qüvvələri ermənilərə cavab atəşi açıb. Atışmadan sonra təmas xəttində erməni əsgərinin meyidi qalıb.
Kənd sakinlərinin  bölgə müxbirinə verdikləri məlumata görə, ermənilər sonra öldürülən hərbçilərinin meyidini aparıblar.
OXŞAR XƏBƏRLƏR