Ermənistan ordusunun son günlərdə verdiyi itkilər, həmçinin erməni əsgər Andranik Qriqoryanın Azərbaycan tərəfinə keçməsi erməni generalların sərt çıxışına səbəb olur.
ANS PRESS-in məlumatına görə, Qarabağ müharibəsində əsas komandirlərdən biri, parlamentin deputatı, general Seyran Saroyan məsələ ilə bağlı əsas günahı prezident Serj Sərkisyanda görüb.
Onun fikrincə, Serj Sərkisyanın Azərbaycana silah satması ilə bağlı Rusiyanı tənqid etməsi böyük yanlışlıqdır və bu, Rusiya ilə münasibətləri pozub. “Nə dəyişib? Rusiya ilə münasibətləri korladınız, silah satmağı dayandırmadı ki?!”, - deyə general vurğulayıb.
Seyran Saroyan Ermənistan ordusunun zəif olduğunu da vurğulayıb: “Güclünün yanında zəif həmişə günahkardır”.