Erməni jurnalistlər silahlı qarşıdurmanın davam etdiyi bölgəyə buraxılmır

Erməni jurnalistlər silahlı qarşıdurmanın davam etdiyi bölgəyə buraxılmır
SOSİAL
20:36 14.07.2020
881

Ermənistan rəhbərliyi jurnalistləri silahlı qarşıdurma olan bölgəyə buraxmır.

AZXEBER.COM xəbər verir ki, bunu yerli "Hetq” agentliyinin bölgə üzrə müxbirləri bildirib.

Bildirilib ki, məsələyə aydınlıq gətirmək istəyən jurnalistlər bölgənin Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aşot Aaronyana zəng vurublar. Jurnalistlərin sözlərinə görə, şöbə rəisi onların bölgədə olmasını yersiz hesab edib: "Onlar boşuna gəliblər, Müdafiə Nazirliyi KİV üçün məlumatlar ötürür”.

Beləliklə, sərhəddə vəziyyətə nəzarət etdiyini iddia edən ölkə rəhbərliyi yerli jurnalistlərini qaynar nöqtəyə buraxmayıb.

OXŞAR XƏBƏRLƏR