Erməni mahnıları Azərbaycan radio məkanında yayımlanacaq - VİDEO
MEDİA
18:00 05.04.2014
2365
ANS ÇM radiosu Qafqazın musiqi nəbzini tutmaqda davam edir. Radiostansiyada daha bir yeniliyə imza atılıb. İlk dəfə olaraq “Qafqaz çartı” yaradılıb.Proqramda Qafqazda ən çox dinlənilən və sevilən musiqilər yayımlanır. Proqramda bütün Qafqaz, o cümlədən Ermənistan olan müğənnilərin ifaları təqdim olunur.“Bir şeyə təəssüf edirəm ki, bizim çartımız nəqliyyatın yolda sıxlıq təşkil etdiyi vaxtda yayımlanmır. Əgər belə olardısa, Azərbaycanda tıxac dünyanın başqa yerlərindən fərqli olaraq şən keçirərdilər. Bizi dinləyin və sizə zəmanət veririk ki, əhvalınız super olacaq”, - deyə "Qafqaz çartı"nın aparıcısı Aytən Səfərova bildirib.Qeyd edək ki, "Qafqaz çartı"nı hər şənbə 18:30-da ANS ÇM-də dinləmək olar.