“Erməni soyqırımı” ilə bağlı məsələ Fransa Senatının gündəliyinə daxil edilməyib
Bütün Xəbərlər
21:09 29.12.2011
1594
Fransada “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Senatın gündəliyinə daxil edilməyib. Bunu hakim UMP (Xalh hərəkatı uğrunda İttifaq) partiyasından olan senator Roje Karuçi deyib. ANS PRESS-in News.am saytına istinadən verdiyi məlumata görə, bu barədə “Le Figaro” qəzeti yazıb. “Senatın fevralın əvvəlinədək olan fəaliyyət proqramında qanun layihəsinin müzakirəsi yoxdur. Dekabrda keçirilən Nümayəndələr konfransı sənədi gündəliyə daxil etməyib”, - parlamentlə əlaqələr üzrə keçmiş nazir bildirib. Senator onu da deyib ki, əgər yanvarın sonunadək məsələ gündəliyə salınmayıbsa, qanun layihəsi parlament tərəfindən qəbul edilməyəcək. Çünki, fevralın sonu-martın əvvəllərində parlament prezident seçkisi kampaniyası ilə əlaqədar fəaliyyətini dayandıracaq.