“Ermənilər 20-yə yaxın kəndi boşaldır” - Müdafiə Nazirliyi
Bütün Xəbərlər
16:00 04.09.2015
1749
“Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələrindən ağır itkilərə məruz qalan erməni tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa başlayıb”.AZXƏBƏR.COM AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.Məlumatda bildirilir ki, cəbhədə uğursuzluğa düçar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərəkətinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri qəti və adekvat tədbirlər görür."Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirəcəyi daha ağır zərbələrin gücündən ehtiyatlanan Ermənistan rəhbərliyi guya hərbi təlimlərin keçirilməsi adı altında sərhədboyu zonada yerləşən 20-dək yaşayış məntəqəsindən kənd sakinlərini təxliyə etməyə başlayıb.