Ermənilər 3 uşaq anasını yaraladı - Tovuzda

Ermənilər 3 uşaq anasını yaraladı - Tovuzda
Bütün Xəbərlər
10:12 20.06.2014
706

Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub

İyunun 19-da saat 18-dən başlayaraq Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub. ANS PRESS-in məlumatına görə, rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna bildirib ki, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub. Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.

OXŞAR XƏBƏRLƏR