Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar
Bütün Xəbərlər
11:11 03.12.2013
515
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Muradov Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

OXŞAR XƏBƏRLƏR