"Ermənilər Azərbaycana girdi, müharibə başladı" - Rusiya mətbuatı

"Ermənilər Azərbaycana girdi, müharibə başladı" - Rusiya mətbuatı
Bütün Xəbərlər
12:07 12.06.2014
14521
Rusiya mətbuatı ermənilərin Naxçıvana hücumu barədə yazıb.
ANS PRESS-in məlumatına görə, başda "Moskovskiy Komsomolets" saytı olmaqla bir sıra Rusiya KİV-ləri “Ermənistan Azərbaycanla müharibəyə başladı”, “Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, “Ermənistan elan olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.
Həmin xəbərlər Azərbaycan mətbuatına istinadən verilib. Bildirilir ki, Culfa rayonunun Ləkətağ kəndinin sakini Aynur Sərkərovun verdiyi məlumata görə, ermənilər Naxçıvana giriblər və Azərbaycan tərəfdən itkilər var.
Hətta həmin yazılarda qeyd olunur ki, guya Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir. Ümumiyyətlə telefon zənglərinə cavab vermir. Təbii ki, bu dezinformasiyadır.
Çünki elə həmin gün nazirlik Naxçıvanla bağlı yayılan xəbərlərə aydınlıq gətirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, yayılan məlumatlar şayiədir. Bu tipli xəbərlərin heç bir əsası yoxdur. Belə məlumatların yayılması ölkədə sabitliyin pozulmasına hesablanıb.
Yerli sakinlər bildirmişdilər ki, hazırda rayonda sakitlikdir. Həyat öz axarı ilə gedir. Heç bir problem yoxdur.
OXŞAR XƏBƏRLƏR