Deputatlar İçərişəhərdə, Nizami küçəsində olub, erməni kilsəsini seyr ediblər
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci plenar sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti paytaxta gəzintiyə çıxıb. APA-nın məlumatına görə, Bakı ilə yaxından tanış olan erməni deputatlar İçərişəhərdə, Nizami küçəsində olub, erməni kilsəsini seyr ediblər. Gəzinti zamanı heç bir insident qeydə alınmayıb.