Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənilərin açdığı atəş Şükürlü Elnur Arif oğluna dəyib. Ağır yaralanan əsgər hərbi hospitala yerləşdirilib.
E. Şükürlünün 2011-ci ildə Bakının Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir