Ermənilər Goranboyu atəşə tutdu

Ermənilər Goranboyu atəşə tutdu
SİYASƏT
19:40 28.09.2020
1503

"Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

 

O, düşmənə cavab verildiyini deyib: "Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”.

OXŞAR XƏBƏRLƏR