Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribata cavab olaraq Azərbaycan Ordusunun əsgərləri dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmənin iki postunu dağıdıb.
Oxu.Az-ın eksklüziv olaraq əldə etdiyi məlumata görə, əsgərlərimiz səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib.
Görünən odur ki, son günlər baş verən hadisələrdən sonra KTMT-yə müvəqətti sədrlik edən Ermənistan baş naziri Nikol Paşinyan eyforiyaya qapılıb və verdiyi qərarların məsuliyyətini dərk etməyəcək dərəcədə "başını itirib”.
Lakin Azərbaycan Ordusunun sayıqlığı hər zamankı kimi yüksək səviyyədədir və bundan sonra bir əsgərimizin əvəzinə ən az 8-10 erməni hərbçisi məhv ediləcəkdir.
Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribata cəhd edərkən mütləq bu nüansı göz önünə alsınlar!