1 aprel 1993-cü ildə Kəlbəcər rayon mərkəzinə girən erməni silahlı dəstələri, İstisu istiqamətində irəliləyəcəklərindən danışırlar.AZXEBER.COM-un məlumatına görə, videogörüntüdə 4 nəfər azərbaycanlı mülki şəxsin əsir düşdüyü anlaşılır. Onlardan birinin dediyinə görə valideynləri ondan xəbərsiz gedib, özünün də olanlardan xəbəri yoxmuş.O bildirib ki, kənddə mal-qara saxlayan çobandır və camaatın köçüb-getməsindən xəbər tutmayıb.Videogörüntüdə ermənilərin azərbaycanlı əsirləri söyüb təhqir etdiyi də aydın şəkildə anlaşılır.Video həmin tarixdə erməni silahlılarıyla birlikdə Qarabağda olan Türkiyə ermənisi Sarkis Hatspaniyan tərəfindən qeydə alınıb. Video "Neo Dədə Qorqud" Fikir Yayım bloqu tərəfindən tərcümə edilib.