Ermənilər mülki avtomobili partlatdılar- Əlibəylidə dəhşət

Ermənilər mülki avtomobili partlatdılar- Əlibəylidə dəhşət
Bütün Xəbərlər
18:45 09.08.2014
10745
Bu gün Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl atıblar.
AZXEBER.COM xəbər verir ki, AzNews.az-ın cəbhə xəttinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ermənilər Tovuz rayonunun Əlibəyli kəndində VAZ 21-07 markalı mülki avtomobili atəşə tutublar. Nəticədə avtomobil partlayaraq külə dönüb. Xoşbəxtlikdən avtomobildə olan 3 nəfər kənd sakini atəş başlayan kimi avtomobildən düşərək ərazidən uzaqlaşa biliblər.
Bundan sonra Azərbaycan Silahlı Qüvvələri cavab atəşləri açıb və düşmən susdurulub. Bundan əlavə ermənilərin bir hərbi texnikası sıradan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR