Ermənilər mövqelərimizi gülləbaran etdi : - Yaralılar var

Ermənilər mövqelərimizi gülləbaran etdi : -  Yaralılar var
Bütün Xəbərlər
11:31 28.03.2014
1014
Xəsarət alanlar Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Tovuz rayonu Əlibəyli kəndinin erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində Əlibəyli kənd sakini və Azərbaycan ordusunun hərbçisi yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, kənd sakinlərinin verdikləri məlumata görə, saat təxminən 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb.
Əlibəyli kənd İcra nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə, Əlibəyli kənd sakini 40-42 yaşlı Etibar Tağıyev ayağından yaralanıb. Məlumata görə, o evində olarkən düşmən gülləsi evin divarını dəlib keçərək E.Tağıyevin ayağına dəyib.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan başqa, Azərbaycan ordusunun bir hərbçisinin də ayağından güllə yarası aldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR