"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi”
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.
O bildirib ki, Azərbaycan tarixinin əsaslılığını təsdiq edən mənbələr mövcuddur və bu mənbələrin beynəlxalq səviyyədə tanıdılması istiqamətində iş aparılmalıdır.
"Burada bir şey var. Bizdə olan mənbələr ermənilərdə yoxdur. Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər, özləri də buna inanırlar, sonradan dünyanı da inandırmağa çalışırlar. Bizdə tarix də var, mənbə də var, amma nə özümüzü inandıra bilmişik, nə də dünyanı”, - deyə Həsən Həsənov bildirib.
Fəridə Əsədzadə











































