Girov götürülmüş Şahbaz Quliyevin qohumları və ailə üzvləri bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin qarşısına toplaşıblar.
AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, onlar Qırmızı Xaç Komitəsinin əsir götürülənlərin işi ilə bağlı heç bir tutarlı addım atmamasını və prosesin uzadılmasından narahat olduqlarını deyiblər.
Hazırda aksiya davam edir.
**
12:49
Hadisə yerinə polis əməkdaşları da gəlib. Hadisə yerində olan müxbirimizin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) heç kim aksiya zamanı məlumat verməyib. Onlar hətta qapını belə açmayıblar.





