Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb

Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb
SOSİAL
17:27 28.10.2020
728

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır.

Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

OXŞAR XƏBƏRLƏR