Ermənilər təyyarələrdə də dava salırlar

DÜNYA
13:10 22.01.2013
1756

Bədnah qonşularımız təyyarənin göyərtəsindəcə əlbəyaxa olublar

Moskvadan İrəvana uçan təyyarədə yenə də dava düşüb. Ermənistanın "sivil vətəndaşları" Rusiyaya məxsus S7 təyyarəsində yenə də özlərinə məxsus davranış qaydalarını nümayiş etdiriblər. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə artıq eniş etməyə hazırlaşanda erməni sərnişinlərdən biri təhlükəsiz kəmərlərini açaraq başqa bir sərnişininin üzərinə şığıyıb. Onlar təyyarənin göyərtəsindəcə əlbəyaxa olublar. Stüardessalar dalaşan şəxsləri və sərnişinləri sakitləşdirməyə çalışsalar da onlara məhəl qoyan olmadı. Davadan sonra təyyarədə şuluqluq salan erməni polis tərəfindən saxlanılıb.

OXŞAR XƏBƏRLƏR