Ermənilər 'Yeni Müsavat'ın saytına hücum etdilər

Ermənilər
MEDİA
23:11 03.09.2012
1969
Ermənilər Azərbaycana qarşı total kiberhücuma keçib “Yeni Müsavat”ın saytı haker hücumu nəticəsində fəaliyyətini dayandırdı Artıq 3 gündür ki, Azərbaycanın ən nüfuzlu və populyar saytlarına haker hücumları başlayıb. Nəticədə onların bəzilərinin fəaliyyəti iflic olub. Ölkənin nüfuzlu və ən çox qorunan APA xəbər agentliyini saytı da dəfələrlə hücuma məruz qalıb və fəaliyyətində fasilələr yaranıb. Agentliyin rəhbərliyinin ilk açıqlamalarından belə aydın olurdu ki, bu hücumların müəllifi erməni hakerlərdir. Son günlər ərzində vesti.az, 1news.az, mediaforum.az, pubılika.az kimi portallar da kiber hücumlara məruz qalıblar. Bu saytların bəzilərinin veb səhifələrini dağıdaraq, oraya Ramil Səfərov tərəfindən məhv edilmiş erməni zabiti Qurgen Markaryanın fotosunu yerləşdiriblər. Bu da kiberhücumları ermənilərin təşkil etməsi iddiasını daha da qüvvətləndirən detal sayılır. Hücuma məruz qalan saytlardan biri də musavat.com-dur. Bir neçə gün duruş gətirsə də, nəhayətdə 3 sentyabr, saat 20.05 radələrində bizim də saytımız fəaliyyətinə fasilə vermək məcburiyyətində qaldı. Eyni aqibəti populyar qafqazinfo.az saytı da yaşadı. Bu barədə açıqlama verən “Yeni Müsavat”ın texniki redaktoru Cavid Sərxanbəyli dedi ki, hücumların konkret haradan edildiyi araşdırılır: “Saytın bərpası istiqamətində çalışırıq, hələlik hansı miqyasda ziyan dəydiyinin dəqiqləşdiririk”.
OXŞAR XƏBƏRLƏR