Ermənilər YouTube-də Ramil Səfərovu təhqir edirlər - VİDEO

Ermənilər YouTube-də Ramil Səfərovu təhqir edirlər - VİDEO
Bütün Xəbərlər
10:01 21.08.2013
4609

Təxribatın qarşısını almaq üçün azərbaycanlı internet istifadəçilərinin köməyi tələb olunur.

Ermənilər YouTube-də Ramil Səfərovu təhqir edən video yerləşdiriblər.

AZXEBER.COM "oxu.az"a istinadən verdiyi xəbərə görə, YouTube-də qeyri-ənənəvi seksual oriyentasiyalı ("qoluboy") Azisin klipini yerləşdirən ermənilər onu "Azərbaycanın qəhrəmanı" Ramil Səfərov adlandırıblar.

Azisin bu adla təqdim olunan klipi sosial şəbəkə istifadəçiləri arasında böyük narazılığa səbəb olmasına baxmayaraq, videonun müəllifi olan erməni azərbaycanlıların yazdıqları şərhləri silir.

Bütün bunlara əlavə olaraq, bu videoçarx ermənilər tərəfindən populyarlaşdırılır, bununla da, Ramil Səfərov haqqında video axtaranları çaşdırmaq məqsədi daşıyır.

Bütün istifadəçilərdən Ramil Səfərov haqqında bu təhqiramiz videonu silmək üçün YouTube-yə şikayət etməyi xahiş edirik.

OXŞAR XƏBƏRLƏR