Ermənistan tərəfi yenə sərsəmləyib. Qondarma Dağlıq Qarabağ respublikası parlamentinin deputatları gülünc iddia ilə çıxış ediblər.Parlamentdə çıxış edən deputatlar bildirib ki, əgər növbəti Qarabağ müharibəsi başlasa, Azərbaycanın içərilərinə doğru, Kür çayına kimi gedib çıxacağıq: “Biz torpaqlarımızı itirməyəcəyik. Əksinə ermənilərin tarixi torpaqlarını bərpa edəcəyik. Azərbaycanın qələbə qazanmağına imkan verməyəcəyik”.