Ermənilərin itkiləri ilə bağlı dəhşətli faktlar - FOTO

Ermənilərin itkiləri ilə bağlı dəhşətli faktlar -  FOTO
SOSİAL
22:19 03.04.2016
4412
Aprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən qanlı döyüşlərdə ermənilərin onlarla ölən hərbçisi ilə yanaşı yüzlərlə yaralısı var. Ötən gündən etibarən Ermənistan KİV-də yerləşdirilən məqalələrin başlıqları yalnız bir istiqamətdə qoyulur: “Yaralılar niyə Qarabağdan İrəvana gətirilir?” və ya “Ermənistanın Müdafiə Nazirliyi itkilərlə bağlı niyə susur?” və.s.
Erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir.
“Armenianreport” yazır ki, Azərbaycan Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və susur.
“Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur”, - erməni saytı yazır.
Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdfaiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır. Təsadüfi deyil ki, bu gün Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər.
Ermənistan prezidenti Serj Sarkisyan döyüşlər zamanı 18 hərbçinin öldüyünü, 35 hərbçinin yaralandığını bildirsə də əsgər anaları buna inanmırlar.
Azərbaycan MN məlumat verir ki, döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Bundan başqa qeyd olunur ki, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.(anspress.com)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?