Ermənilərin yaydığı itki xəbəri yalandır - Müdafiə Nazirliyi

Ermənilərin yaydığı itki xəbəri yalandır - Müdafiə Nazirliyi
SİYASƏT
10:40 02.02.2017
1477
 
Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumatada bildirilib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

"Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”, - Nazirlik bildirib.
OXŞAR XƏBƏRLƏR