Ermənilərlə azərbaycanlılar arasında kütləvi dava: - Ölən var

Ermənilərlə azərbaycanlılar arasında kütləvi dava: - Ölən var
Bütün Xəbərlər
14:23 14.09.2015
6526
Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dava-dalaş sentyabrın 13-də gecə şəhərdəki “Bariton” karaoke-barında olub. 10 nəfərdən çox adamın qatıldığı davada bir nəfər güllələnib.
Şahidlərin verdiyi məlumata görə, barın müştəriləri arasında baş verən insidentə “Bariton”un sahibinin oğlu da qoşulub və o, ov tüfəngindən atəş açaraq gənclərdən birini yaralayıb.
Bundan sonra yaralının dostları onu öz maşınları ilə xəstəxanaya aparıblar. Lakin bar sahibinin oğlu bununla da sakitləşməyib və öz dostları ilə həmin maşını təqib etməyə, təqib edə-edə həmin maşına atəş açmağa başlayıb. O, hətta xəstəxananın həyətində də atəş açmaqda davam edib. Daha sonra isə hadisə yerini tərk edib.
Yaralı xəstəxanaya çatanda keçinib. 21 yaşlı azərbaycanlı gənc boynundan aldığı güllə yarasından ölüb. Bar sahibinin 34 yaşlı oğlu isə həbs edilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Bariton” barı Volqoqraddakı erməni biznesmenə məxsusdur.
OXŞAR XƏBƏRLƏR