Ermənistan 13 ölkədəki səfirləri geri çağırdı

Ermənistan 13 ölkədəki səfirləri geri çağırdı
DÜNYA
00:48 24.11.2026
92
Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzaladığı sərəncamla 13 ölkədəki səfirləri geri çağırıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq sənədlər prezidentin rəsmi saytında dərc olunub.

Geri çağırılanlar arasında Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya və Niderlanddakı səfirlər, eləcə də Argentina, Çili, Peru, Kanada, Kuba, Dominikan Respublikası və Yamaykadakı diplomatik nümayəndələr var.

Bundan əlavə, Ermənistanın İsraildəki səfiri, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı yanında daimi nümayəndəsi və NATO-dakı missiyasının rəhbəri də geri çağırılıb.
OXŞAR XƏBƏRLƏR