'Ermənistan cəmiyyətində hər hansı bir dözümlülükdən söhbət gedə bilməz'

SİYASƏT
10:45 08.07.2013
1380

Moldova ombudsmanının Ermənistanda verdiyi bəyanat onu göstərir ki, insan haqları üzrə ixtisaslaşmış insanlar və institutlar soyqırımı hadisələrinə artıq öz fikirlərini bildirirlər.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.

Onun dediyinə görə, ancaq belə bir fikrin məhz Ermənistanda-İrəvanda bildirilməsi, ermənilərin buna kəskin reaksiyası bir daha göstərdi ki, Ermənistan cəmiyyətində hələ də problemlər mövcuddur:

“Hər hansı bir dözümlülükdən söhbət gedə bilməz. İnanıram ki, Moldova ombudsmanının bəyanatından sonra daha çox insan Xocalı soyqırımına öz prinsipial mövqeyini bildirəcək.

Azərbaycan da bu istiqamətdə öz fəaliyyətini gücləndirməlidir, çünki bu fəaliyyətin artıq effekti var”.

OXŞAR XƏBƏRLƏR