‘Ermənistan donor ölkələrdən əlavə yardımlar alan yetim quzuya oxşayır’ - Fərhad Məmmədov

SİYASƏT
12:34 12.07.2013
1981

Bir neçə gün bundan əvvəl Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Ştefan Füle İrəvanda belə bir bəyanatla çıxış edib ki, növbəti 2014-2020-ci maliyyə dövründə Assosiasiya müqaviləsi çərçivəsində islahatlara yeni impuls verən ölkələr üçün daha əhəmiyyətli maliyyə yardımı nəzərdə tutulduğunu bəyan edib.

Ş.Fülenin sözügedən bəyanatını şərh edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov qeyd edib ki, Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı”-nın iştirakçısı olan ölkələr bu ilin payızında baş tutması planlaşdırılan Vilnüs sammitinə hazırlaşırlar. “Məhz Vilnüsdə Aİ proqramın iştirakçısı olan ölkələrlə Assosiasiya müqaviləsi imzalamağı planlaşdırır ki, bu da sözügedən ölkələrin Aİ ilə əməkdaşlığını əhəmiyyətli şəkildə yeni səviyyəyə yüksəltmiş olacaq.

Cənab Ş.Fülenin İrəvandakı bəyanatı isə onu sübuta yetirir ki, Aİ bu tapşırığı minimum hər vəchlə yerinə yetirməyə, daha doğrusu, müqaviləni imzalayacaq ölkələrin sayını artırmağa can atır.

Əlbəttə, o, Ermənistanın adıçəkilən müqaviləni imzalanmasını şərtləndirən problemlərini qeyd edib, ancaq orada işğal olunmuş ərazilərin azad olunması barədə tələblər yoxdur”, - deyə Məmmədov vurğulayıb. Fərhad Məmmədov qeyd edib ki, Füle sadəcə, “Madrid prinspiləri” ətrafında razılaşmanın əldə olunması üzrə səyləri dəstəkləməyə çağırıb, bu isə çox qeyri-müəyyəndir və Ermənistan qarşısında şərt elementi daşımır. “KİV-lərdə gedən məlumatda deyilir ki, o, Ermənistanın 2 qonşusu ilə sərhədlərinin bağlı olmasını xatırladıb, ancaq sərhədlərin bağlanmasının səbəblərini və vəziyyətdən çıxış yollarını qeyd etməyib. Siz qeyd etdiyiniz kimi Avropa İttifaqı Ermənistana müəyyən maliyyə yardımı söz verib.

Bu kontekstdə o, azad ticarət barədə razılaşmanın vacibliyini vurğulayıb. Fyule qeyd edib ki, azad ticarət zonası barədə razılaşma çərçivəsində onlar Ermənistana təkcə maliyyə vəsaitlərinin təqdim olunması ilə deyil, həm də beynəlxalq sərmayelərlə də yardım etməyə hazırdırlar. Beləliklə, Aİ İrəvanın qarşısına Azərbaycan ərazilərinin işğaldan azad edilməsi şərtini qoymur və Avropa Parlamentinin təcavüzkar kimi tanıdığı Ermənistanı cəzalandırmaq istiqamətində əməli addımlar atmır. Bu tipli addımlar Azərbaycanın ekspert cəmiyyətində birmənalı qarşılanmır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ nizamlanmasında status-kvonun möhkəmləndirilməsinə imkan yaradır, halbuki həm ATƏT-in Minsk qrupunu həmsədrləri, həm də Avropa İTtifaqı buna qarşı çıxır”, - deyə F.Məmmədov bildirib. Onun sözlərinə görə, Ermənistan bu konteksdə donor ölkələrin artım üçün əlavə resurslar vermək istədikləri yetim quzuya bənzəyir. “Ermənistan öz iqtisadiyyat sahələri ilə Aİ üçün sərmayə yatırmaq baxımından maraq cəlb eləmir, Ermənistanın ixrac məhsulları Avropa bazarında rəqabət qabiliyyətli deyil və bu ölkənin dənizə çıxışı yoxdur. Nəticə etibarı ilə erməni istehsalı olan bütün mallar sərhəd keçidi və gömrük yığımları prosesində bahalaşır.

Bu səbəblərə görə, Ş.Fülyenin bəyanatı heç bir məntiqə sıxmır və əsası yoxdur. Avropanın Ermənistanda tərəfdaş kimi axtarmalı olduğu heç nə yoxdur, ermənilərdən başqa”, - deyə SAM rəhbəri bildirib.

OXŞAR XƏBƏRLƏR