"Ermənistan əhalisi pislə, ən pis arasında seçim etməli idi və etdi" - Paşinyanın seçilməsinə reaksiya

SİYASƏT
15:24 21.06.2021
3322
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

Ermənistanda MSK-nın son məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92 % (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan” blokunun isə 21,04 % (268 165 seçici) səs topladığı təsdiqlənib.

Bəs bu seçkinin nəticələri regionda vəziyyətə necə təsir edəcək?

Politoloq Elxan Şahinoğlu AZXEBER.COM-a bildirib ki, Ermənistan əhalisi pislə, ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı:

"Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsində müttəfiqlərlə birgə faşizm üzərində qələbə çalsa da, müharibə bitdikdən bir neçə gün sonra ölkəsində keçirilən parlament seçkisində rəqibinə məğlub oldu. Demokratiyalarda belə hallar da baş verir. Tərsi isə özünü əksər hallarda doğruldur, yəni istənilən ölkənin lideri müharibədə məğlub olduğu halda növbəti seçkidə məğlubiyyətlə üzləşir. 

Ancaq Ermənistandakı son parlament seçkisi istisna idi. Çünki Ermənistan əhalisi pislə, ən pis arasında seçim arasında qalaraq birincini seçmək məcburiyyətində qaldı”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir:

"Birincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır.

İkincisi, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi seçkidə "Qarabağ klanına” "yox” dedi. 

Üçüncüsü, Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksər hissəsi Qarabağa görə ölkələrini itirmək istəmirlər”.

AZXEBER.COM-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Nikol Paşinyanın qalib gəlməsi bölgədəki sülhün davamlılığına nail olmaq üçün önəmlidir: 

"Ermənistanda keçirilən Parlament seçkiləri onu deməyə əsas verir ki, erməni xalqı Paşinyanın yürütdüyü siyasətə sadiqlik göstərdi və onun ideyalarının davam etdirilməsini istəyir. Nikol Paşinyanın qalib gəlməsi "10 Noyabr” Bəyənatının məntiqi nöqteyi-nəzərdən sona çatdırılması üçün və bölgədəki sülhün davamlılığına nail olmaq üçün önəmlidir və bu, Paşinyanın üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməsinə səbəb olacaq. 

Bundan başqa qarşıda bizi Azərbaycan - Ermənistan sərhədində yaranmış gərginliyin qarşılıqlı sürətdə həll edilməsinin nəzərdən keçirilməsi gözləyir. 

Digər önəmli məsələ isə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bununla bağlı real addımların atılması və əldə olunan razılıqların reallaşdırılması gözlənilir. Hazırkı dönəmdə Nikol Paşinyan kabineti formalaşdırdıqdan sonra atdığı ilk addımdan biri də Nəqliyyat və Kommunikası xətlərinin açılması istiqamətində olacaq. Bununla da bölgədəki sülhün böyük ölçüdə təmin olunmasına nail olacağıq”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:17 25.09.2021

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq

15:09 25.09.2021

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olundu

15:00 25.09.2021

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

14:45 25.09.2021

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

14:37 25.09.2021

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır

14:24 25.09.2021

"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur"

14:16 25.09.2021

Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”

14:07 25.09.2021

Qəzet əməkdaşı qəfil öldü

14:03 25.09.2021

Türkiyədə qandonduran hadisə: Körpəni diri-diri torpağa basdırdılar - VİDEO

13:54 25.09.2021

Zərdabda arvadını boğaraq öldürən şəxs 12 il azadlıqdan məhrum edilib

13:47 25.09.2021

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

13:39 25.09.2021

Nazir: "YUNESCO-nun ədalətli və qərəzsiz mövqe tutmasını gözləyirik"

13:30 25.09.2021

Rayon xəstəxanasında həkim tapılmır? - VİDEO

13:22 25.09.2021

Bakıda təmir etdikləri evdən 24 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO

13:10 25.09.2021

Şeyxin qudası “at oynadır” - VİDEO

12:59 25.09.2021

Sabah yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək