Ermənistan əhalisi yarıbayarı azalacaq

Ermənistan əhalisi yarıbayarı azalacaq
Bütün Xəbərlər
15:32 14.01.2012
1131

2050-ci ilədək Ermənistan əhalisinin sayı əhəmiyyətli dərəcədə azalacaq və 1,5 – 1,7 milyon nəfərə çatacaq. Belə bir proqnozu aparılan araşdırmaların yekun nəticəsi olaraq Ermənistanın “Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqoran Adibekyan verib.

“Novosti-Armenia” agentliyinin verdiyi məlumata görə, rəsmi statistikaya əsasən, ötən ilin oktyabrın 1-nə olan məlumata görə bu ölkə əhalisinin sayı 3.27 milyon nəfər təşkil edib. “Bizim apardığımız araşdırmalar BMT-nin Ermənistanla bağlı təqdim etdiyi statistik məlumatlara əsaslanır. Bu rəqəmlər də bunu təsdiq edir. Bu gün əhalinin sayının azalması Ermənistanın ən mühüm problemlərdən biridir”, - deyə Adibekyan bildirib. 

O qeyd edib ki, BMT-nin etnoqraflarının qiymətləndirməsinə görə, dünya xalqları 4 qrupa bölünür: “Artan, qorunan, azalan və yox olmaq təhlükəsi ilə üzləşən xalqlar. Ermənistan hələ ki, 3-cü qrupa daxil olur”.
OXŞAR XƏBƏRLƏR