"Ermənistan KTMT-nin köməyinə güvənə bilməz"

SİYASƏT
12:58 28.09.2020
703

Tanınmış rusiyalı ictimai xadim, jurnalist və teleaparıcı Maksim Şevçenko "Youtube”dakı videobloqunda bildirib ki, əldə etdiyi məlumata əsasən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsi ilə Rusiyaya kömək üçün müraciət edib. Lakin döyüşlərin Ermənistan ərazisində deyil, Azərbaycanın ərazisində aparıldığı ilə əlaqədar Moskva bundan imtina edib.

Ermənistan KTMT-nin dəstəyinə güvənə bilərmi? Və o, hansı döyüş taktikasından istifadə edir?

Media.az bu barədə Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya, Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rus və belarus hərbi-siyasi analitiki Aleksandr Tixanovski və rus hərbi eksperti Aleksandr Xramçıxinlə söhbət edib.

Vaxtanq Maisaya:

- Gürcüstanda təmas xəttindəki vəziyyətin gərginləşməsindən olduqca narahatdırlar. Biz Azərbaycan xalqına dözüm və tezliklə sülhə nail olmasını diləyirik.

- Bəs hərbi əməliyyatlar Azərbaycanın ərazisində gedirsə, Ermənistan KTMT-yə müraciət edə bilərmi?

- Əlbəttə ki, yox. Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü bəndində nə deyilir? Söhbət təcavüz və suverenlik təhdidindən gedir, yalnız bu halda müdaxilə etmək mümkündür. Lakin heç kim Ermənistanın ərazisinə hücum etməyib. Hərbi əməliyyatlar Ermənistanın ərazisində aparılarsa, KTMT müdaxilə edə bilər. İşğal olunmuş Azərbaycan əraziləri Azərbaycanındır, bu səbəbdən KTMT heç bir halda müdaxilə edə bilməz.

- Müşahidəçilərin diqqət yetirdiyi daha bir məqam da var. İşğal olunmuş Qarabağdakı hərbi texnikanın yaşayış məntəqələrinə necə köçürüldüyünü göstərən ermənilərə xas bir neçə videomaterial var...

- Bu, təəssüf ki, yeni bir müharibə növüdür. İstənilən texnikanı məhv edə biləcək yüksək dəqiqlikli silahlar mövcuddur. Lakin həmin silahlar yaşayış məntəqələri arasında gizlədildikdə, xüsusilə şəhər döyüşü şəraitində bunu etmək daha çətindir. Yəni, həmin silahları mülki şəxslər örtməli olur.

Aleksandr Tixanovski:

- KTMT, əlbəttə ki, yalnız siyasi bəyanatlarla, hər iki tərəfi müharibəni dayandırmağa çağırmaqla məhdudlaşacaq. KTMT neytral mövqe tutacaq.

Aleksandr Xramçıxin:

- KTMT-nin müdaxiləsi yalnız o zaman mümkündür ki, hərbi əməliyyatlar zamanı Ermənistan ərazisi daha çox təsirə məruz qalsın. Əks təqdirdə, bu mümkün deyil.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”

21:22 27.10.2020

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun - Fotosu

21:17 27.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur

21:01 27.10.2020

Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu

20:40 27.10.2020

Prezidentin köməkçisi: “Ermənilər bizi vadar edir ki, ordumuz sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”